“Ürəklər və ağıllar” getdikcə qanuniliyi məhv edir| Partizan və qiyamçılara qarşı müharibə necə aparılmalıdır? - V YAZI
Əhatəyə al və axtarış et (Cordon and Search)
“Əhatəyə al və axtarış et” hərbi taktikadır, partizanlara qarşı mübarizə əməliyyatlarından biridir, bir ərazini bağlayaraq, silah və ya üsyançıların axtarılmasını nəzərdə tutur.
Digər əlaqəli əməliyyatlar “Cordon and knock” (əhatəyə al və zərbə vur) və “Cordon and kick”dir. “Cordon və search” Sabitlik və Dəstək Əməliyyatları və ya SASO adlı yeni doktrinanın bir hissəsidir. Evdəki silahların güclü bir kəşfiyyat bacarıqlarının olmadığı zaman istifadə edilən bir texnikadır və buna görə normal bir ev axtarışından daha az istifadə olunur. Adətən şəhər məhəllələrində istifadə olunur. Missiyanın məqsədi sakin ailəsinə mümkün qədər az narahatlıq olan bir evi axtarmaqdır.
Hava əməliyyatları
Hava gücü qiyamçılarla mübarizədə mühüm rol oynaya, geniş əməliyyatlar həyata keçirə bilər:
- həm kobatantları, həm də mülki şəxsləri dəstəkləmək, evakuasiya etmək üçün istifadə oluna bilər;
- kəşfiyyat toplanma, müşahidə və nəzarət əməliyyatları keçirmək mümkündür;
- havadan propaqanda vərəqləri atmaq, dinamik və meqafonlar, eyni zamanda radio verilişləri vasitəsilə psixoloji əməliyyatlar zamanı istifadə oluna bilər;
- yerdəki “yumşaq” hədəflərə havadan zərbələr endirmək mümkündür.
Xalq diplomatiyası
General David Petrusun qiyamçılara qarşı mübarizəyə dair təlimat kitabında döyüşlərdə qiyamçılara və ya partizanlara qalib gəlməyə kömək etmək üçün izah edilən bir çox taktikadan biri də xalq diplomatiyasının hərbi vasitələrlə istifadəsidir.
Partizanlara qarşı mübarizə xalq diplomatiyası da daxil olmaqla “milli gücün bütün alətlərini istifadə edən hərtərəfli bir strategiyaya” inteqrasiya edildikdə təsirli olur. Partizanlara qarşı mübarizə əməliyyatlarının məqsədi, yaraqlıları mövcud hökumətin ölkə əhalisi ilə möhkəm və etibarlı əlaqələr quraraq təsirsiz və effektsiz hala gətirməkdir. Partizanlara qarşı mübarizə əməliyyatlarının aparılacağı ölkəni və ətraf mühiti anlamaq çox vacibdir. Bu əməliyyatlar zamanı xalq diplomatiyası yalnız mədəniyyət və əhali haqqında dəqiq bir anlayış olduqda təsirli olur.
Bir qiyamı məğlub etmək üçün lazım olan ən böyük amillərdən biri əhalininin qiyamçılara, bölgədəki qeyri-hökumət təşkilatlarına, partizanlara qarşı mübarizə əməliyyatlarına necə münasibət bəsləmələrini başa düşməkdir. Etika partizanlara qarşı müharibədə vurğulanan ümumxalq diplomatiyasının əsas aspektlərindən biridir. Qiyamçılar daxili siyasi iradəyə və beynəlxalq təşkilatlara hücum edərək müharibələrini qazanırlar. Bu taktikaya qarşı mübarizə aparmaq üçün partizanlara qarşı mübarizə əməliyyatlarında məhkumlara və əsirlərə insani dəyərlərə və prinsiplərinə uyğun davranılmalıdır. Bununla, əməliyyat barədə mövcud hökumətin ölkə əhalisi arasında təbliğat aparılır, xalqda ona qarşı etibar yaradır və hökumət müharibədə müvəffəq olmaq üçün əhalinin rifahından narahat olmur.
Məşhur bir deyimdə bildirilir: “Siyasi, sosial və iqtisadi proqramlar, adətən, münaqişənin köklü səbəblərini aradan qaldırmaqda və qiyamların qarşısını almaqda ənənəvi hərbi əməliyyatlardan daha effektivdir”.
Bu proqramlar əhalinin dəstəyini qazanmaq üçün olduqca vacibdir. Belə proqramlar yerli əhalinin özlərini etibarlı, təhlükəsiz hiss etmələri və partizanlarla mübarizə səyləri ilə daha çox uyğunlaşması üçün hazırlanıb.
Partizanlarla mübarizə bir fikir döyüşüdür və bu proqramların icrası və inteqrasiyası uğur üçün vacibdir. Sosial, siyasi və iqtisadi proqramlar həm də yerli hökumətin liderləri tərəfindən koordinasiya olunmalı və idarə edilməlidir. Belə olan halda xalq öz liderinin yanında durur və partizanlara dəstək verməkdən imtina edir, hətta onlara qarşı əməliyyatlara qoşulur.
Strateji rabitə və informasiya əməliyyatlarından uğurla istifadə etməklə qiyamçılara qarşı mübarizə də uğur qazanmaq mümkündür. Qiyamçılara və ya partizanlara qarşı mübarizə fikir, ideologiya və ictimai-siyasi hərəkat rəqabətidir. Qiyamçı ideologiyalara qarşı mübarizə aparmaq üçün ideologiyanın və dinin dəyərlərini və xüsusiyyətlərini başa düşmək lazımdır. Bundan əlavə, qiyamçılara və ya partizanlara qarşı mübarizə aparmaq, informasiya və rabitə əməliyyatları başlatmaq üçün onların yaşadığı mədəniyyətləri başa düşmək lazımdır. Onların yaşadığı mühit, auditoriya, yerli liderləri, simpatiya duyulan şəxsləri araşdırmaq lazımdır ki, onlara necə təsir edəcəyini müəyyənləşdirmək daha asan olsun.
İnformasiya əməliyyatları
İnformasiya əməliyyatlarında xalq diplomatiyasına yalnız əməliyyatın aparıldığı mədəniyyətin tam dərk edilməsi ilə nail olmaq mümkündür. Qiyamçılara qarşı mübarizə taktikaları yerlilər tərəfindən uyğun görülməli, onların mədəniyyətlərinə, düşüncə tərzlərinə uyğun olmalıdır. Yerli xalqın hərtərəfli mədəni mənzərəsini inkişaf etdirmək üçün media məsləhətçiləri, maliyyə və biznes mütəxəssisləri, psixoloqlar, təşkilat şəbəkəsi analitikləri və geniş elm sahələrinin alimlərini işə cəlb etmək lazımdır. Ən başlıcası odur ki, qiyamçılara qarşı mübarizə taktikaları yerli əhali üçün qiyamçıların ideologiyasının nə üçün cəlbedici olduğu, qiyamçıların ardıcıllarını ideologiyaya cəlb etmək üçün məlumatları necə istifadə etdiklərini anlamağı bacarmalıdır.
İctimai rəy, KİV və şayiələr xalqın partizanlara qarşı mübarizə taktikasına baxışlarına, yerli hökumətə ciddi təsir göstərir. Doğru mesajları və məlumatları xalqa strateji olaraq ötürmək üçün xalq diplomatiyasının istifadəsi partizanlara qarşı mübarizədə uğur qazanmaq üçün vacibdir. Məsələn, ərazidəki media mənsubları ilə sıx münasibətlər, yerli əhalinin əməliyyatın hədəflərini başa düşmələrini və yerli hökuməti və qiyamçılara qarşı mübarizə zamanı özlərini etibarlı hiss etmələrini təmin etmək üçün vacibdir. Yerli KİV mübarizə ilə sinxron deyilsə, kampaniya barədə tam olmayan və ya yalan məlumatlar ictimaiyyətə yayıla bilər.
Amerikalı bir hərbi mütəxəssis “Əl-Qaidə” ilə mübarizə zamanı yazırdı ki, “Əl-Qaidə”nin qlobal miqyasda olmasını nəzərə alaraq ABŞ müttəfiqləri ilə zorakı ritorikanı azaltmaq, xaricdəki imicini yaxşılaşdırmaq və bu ictimai hərəkatı bir çox səviyyələrdə aşkar etmək, qarşısını almaq və məğlub etmək üçün müttəfiqləri ilə daha inteqrasiya olunmuş strateji rabitə strategiyası hazırlamalıdır. Xalq diplomatiyası xüsusilə vacibdir, çünki müasir üsyançılar artan ünsiyyət və qloballaşma inkişafları sayəsində həm yerli, həm də transmilli mənbələr vasitəsi ilə daha asan dəstək ala bilirlər.
Xüsusi doktrinalar
Vyetnam müharibəsi
1960-cı illərdə amerikalılar kommunist ekspansiyasının qarşısını almaq üçün ərazi olaraq Vyetnamı seçdilər. 1964-cü ilin avqustunda Şimali Vyetnamın “Maddoks” kreyserinə hücumuna cavab Amerika qisas zərbəsinə səbəb oldu. 1965-ci ilin fevral ayında Pleyku mərkəzi yüksək dağlıq şəhərində Amerika məsləhətçilərinin kazarmalarına hücum cavab basqınına səbəb oldu. 1965-ci ilin iyul ayına qədər ABŞ-ın döyüş bölmələri tam şəkildə hazır vəziyyətə gətirildi və hərbi varlığını artırmağa başladı və 1969-cu ilin əvvəlinə 543 minə çatdı. Təxminən 60.000 amerikalı öldürüldü və yüz minlərlə insan fiziki və ya zehni yaralı olaraq geri qayıtdı. Təxminən on ildən çox davam edən bu müharibəni asimmetrik müharibənin klassik nümunəsi adlandırmaq olar.
Bu münaqişədə Amerika qoşunları bütün mühüm sahələrdə - atəş gücündən canlı qüvvəyə qədər vyetnamlılardan üstün idi. ABŞ-ın məğlubiyyətinə əsas səbəb rəqiblərini düzgün qiymətləndirməməsi idi. Şimali Vyetnamın texnologiya və maliyyə resursları olduqca zəif idi, amma inadkarlıq və məqsədyönlükləri ilə dəfələrlə bu zəiflikləri kompensasiya etdilər. Onlar məqsədlərinə nail olmaq üçün istənilən itkini verməyə hazır idilər.
Vyetnam müharibəsində partizanlara qarşı mübarizə taktikalarından bir neçəsi istifadə olundu. Bundan başqa ABŞ-ın həddindən artıq gücdən istifadə etməsi yerli xalqı amerikalılara qarşı çevirdi.
Britaniya imperiyası
Malay
İngilis qüvvələri Malay müharibəsi zamanı kütləvi şəkildə xalqın köçürülməsi üsulundan istifadə etdilər və uğur da qazandılar. 1950-ci ildə tam olaraq həyata keçirilən Briqs Planı çərçivəsində Çində yaşayan malaylar İngilis qüvvələri tərəfindən qorunan “Yeni kəndlər”ə köçürüldülər. 1951-ci ilin sonlarında 400.000-ə yaxın etnik Çin istehkamlarına köçürülmüşdü. İngilis qüvvələri bu əhalidən Malayziya Kommunist Partiyasına qarşı müqavimət göstərmək üçün silahlanmış yerli özünümüdafiə qruplaşmaları meydana gətirə bildilər.
İngilislərin Malay müharibəsində qələbə iddiasına baxmayaraq, hərbi tarixçi Martin van Kreveld qiyamçılara qarşı mübarizənin son nəticəsinin, yəni İngilis qüvvələrinin geri çəkilməsi və müstəqil bir dövlət qurulmasın Keniya və Kiprdə olduğu kimi qələbə hesab etmir.
Holland İmperiyası
Hollandiyalılar Açeh müharibəsi zamanı yüngül silahlı piyada bölmələrini (yerlilər bunu “Marechaussee” adlandırırdı) yerləşdirərək ərazinin yandırılması taktikasından istifadə edərək partizanlarla mübarizə strategiyası hazırlamışdı.
1898-ci ildə Van Heutsz Açenin qubernatoru elan edildi və onun leytenantı, daha sonra Hollandiyanın Baş naziri Hendrikus Colijn ilə birlikdə nəhayət Açenin çox hissəsini ələ keçirdi.
Cənubi Sulavesi Kampaniyası zamanı Kral Hollandiya Şərqi Hind Ordusunun Xüsusi Qüvvələri “Westerling” metodundan istifadə etdi. Onlar Sulavesinin müqavimətində iştirak edən çox sayda şəxsin kimliyini müəyyən etdilər. Ayrıca skautlardan da yerli kəndlərə girmək və müqavimət üzvlərini müəyyən etmək üçün istifadə olundu.
Onların və Hollandiya hərbi kəşfiyyat xidmətinin məlumatlarına əsasən ordu gecə ərzində daha çox şübhəlinin yaşadığı kəndlərdən birini mühasirəyə aldı və sonra əhalini mərkəzi bir yerə toparladılar. Sübh zamanı kişiləri qadınlardan və uşaqlardan ayrırdılar. Toplanan məlumatlar əsasında müəyyən insanları terrorçu və qatil kimi ifşa etdilər. Heç bir araşdırma aparmadan güllələndilər. Bundan sonra ordu yerli icmanları Qurana and içdirərək partizanları dəstəkləməkdən çəkinməyə məcbur etdi və keçmiş partizanlardan “geri alınan” bəzi şəxslərlə yerli özünümüdafiə dəstələri yaratdı.
Bu kampaniya və digər əməliyyatlar nəticəsində Sulavesinin cənubunda Hollandiya hakimiyyətini bərpa etdi. 1947-ci ilin aprelində Hollandiya hökuməti ordunun bu mübahisəli üsulları ilə bağlı rəsmi araşdırma başlatdı. Ordunun bir çox rəsmisi vəzifəsindən kənarlaşdırıldı.
Əlcəzair
Fransanın müstəmləkə Əlcəzairindəki partizanlara qarşı mübarizəsi olduqca qəddar idi. 1957-ci il Əlcəzair müharibəsi 24000 həbslə nəticələndi, çoxuna işgəncə verildi və təqribən 3000 nəfər öldürüldü. Fransa Əlcəzairdə Milli Qurtuluş Cəbhəsinin infrastrukturunu pozmuş ola bilər, ancaq eyni zamanda “ürəklər və ağıllar” getdikcə fransızların qanuniliyini məhv etdi.
Qiyamçılara qarşı mübarizə insan resursları və dərin mədəni biliklərə sahib olan son dərəcə bacarıqlı bir kəşfiyyat infrastrukturu tələb edir. Xarici qüvvələr yerli güclərdən fərqli olaraq, partizanlara qarşı əməliyyatlarda çətinlik çəkir. Fransanın ən nüfuzlu nəzəriyyəçilərindən biri Roger Trinquier idi. Hind-Çində anti-kommunist partizanlarına rəhbərlik etmiş Trinquierin təsvir etdiyi Müasir Müharibə əleyhinə mübarizə strategiyası Fransanın Əlcəzairdəki səylərinə güclü təsir göstərdi.
Trinquier üç prinsip təklif edirdi:
- partizanları ona dəstək verən əhalidən ayırmaq;
- əvvəllər partizanların işlətdiyi bölgələri işğal edərək, ərazini üsyançılar üçün təhlükəli hala gətirərək xalqı partizan hərəkatına qarşı yönəltmək;
- partizanların ona dəstək ola biləcək əhali mərkəzlərinə girməməsi üçün geniş bir ərazidə və uzun müddət fəaliyyət göstərməsinin qarşısını almaq.
Trinquierin fikrincə qəddarlıq son dərəcə diqqətli və məhdud olmalı idi, lakin bir çox fransız zabit buna riayət etmirdi.
Afrikadakı partizanlara qarşı mübarizənin digər diqqətəlayiq nümunəsi “Boko Haram” terror qruplaşmasına qarşı Nigeriyanın hərbi təcrübəsidir. Qrupa qarşı hərbi əməliyyatlar əsasən Nigeriyanın uzaq şimal-şərq bölgələrində baş verir. Bu əməliyyatlar 2011-ci ilin iyun ayından bəri davam edir və Qərbi Afrikanın Göl Çad Hövzəsi alt bölgəsində genişlənib.
Hindistan
1947-ci ildə müstəqillik qazandıqdan sonra Hindistanda çox sayda üsyanlar baş verirdi. 1989-cu ildə başlayan üsyanlar Hindistan hökuməti tərəfindən nəzarət altına alındı və zorakılıq azaldıldı. Şimaldakı üsyanları aradan qaldırmaq məqsədilə Rəştriya Tüfəngləri (RR) kimi tanınan Hindistan Ordusunun bir qolu yaradıldı və bunun da böyük rolu oldu. Qruplaşma Mərkəzi Ehtiyat Polis Qüvvələri (CRPF), Sərhəd Təhlükəsizliyi Qüvvələri (BSF), Hind-Tibet Sərhəd Polisi (ITBP) və əyalət hökumət polisi tərəfindən dəstəklənilirdi.
Hindistanın Mizoram əyalətinin şimal-şərqindəki Vairengte şəhərində Partizanlara qarşı mübarizə və Cəngəllik Müharibələri İnstitutu adlı mərkəz fəaliyyət göstərir. Bu məktəbdə ABŞ, İngiltərə, Fransa, Rusiya, Qazaxıstan, Tacikistan, Banqladeş və Vyetnam kimi ölkələrdən personal iştirak edib. Burada partizanlara, qiyamçılara qarşı müxtəlif ərazilərdə müharibə aparılması metdoları araşdırılır və öyrədilir.
Rusiya və Sovet İttifaqı
Rusların ən çox partizanlara qarşı ən məşhur nümunəsi Əfqanıstandakı 1979-1989-cu illər müharibəsidir. Lakin çar Rusiyasının bütün tarixi boyu ruslar Qafqaz və Orta Asiya ərazilərini işğal etdikləri üçün bir çox partizanlarla, qiyamçılarla mübarizə apardılar. Məhz bu münaqişə ocaqlarında ruslar aşağıdakı taktikaları hazırlayıblar:
- əhəmiyyətli sayda qoşun yerləşdirmək;
- ərazini kənar yardımlardan təcrid etmək;
- böyük şəhər və qəsəbələrə sərt nəzarət etmək;
- üsyançıların hərəkətini məhdudlaşdırmaq üçün qalalar düzəltmək;
- yaşayış yerlərini, mal-qaranı, bitkiləri və s. məhv etməklə müqavimətçilərin mənbələrini məhv etmək.
Bu taktikalar, ümumiyyətlə, 1917-ci il inqilabından sonra Sovetlərin istifadəsinə verilib, əksər hallarda, hərbi-siyasi komandanlığın inteqrasiyası üçün istifadə edilib. Bu taktika Qafqazda, Orta Asiyada, Sibirdə, Litvada və Ukraynada Birinci və İkinci Dünya Müharibələrindən sonra istifadə edilib. Bu doktrina ilə Sovet İttifaqı Əfqanıstandakı müharibəni uduzdu, buna səbəb şəxsi heyətin yetərli sayda olmaması və Çeçenistanda gedən müharibələr idi.
(Ardı var...)
Oxşar məqalələr
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilər
-
Ukrayna müharibəsinin asimmetrik üzü – Qara dəniz ticarət gəmiləri də hədəfdədir
-
Kamikadze hücumları qanunsuz deyil| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - IV YAZI
-
Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI
-
Strateji, əməliyyat və taktiki səviyyə| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - II YAZI
-
İsrailin İrana qarşı asimmetrik müharibəsi| İranın kəskin reaksiya göstərmək qabiliyyəti var?
-
Asimmetrik müharibə nədir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı